Superliqa klubu baş məşqçisi ilə vidalaşıb

28 Yanvar 2025 04:50 (UTC+04:00)

Türkiyənin "Kasımpaşa" komandası baş məşqçisi Hakan Kələşlə vidalaşıb. SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Kasımpaşa" 20 turdan sonra topladığı 25 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.