Azərbaycanda baş həkim vəfat etdi - FOTO

28 Yanvar 2025 03:21 (UTC+04:00)

Sumqayıt Narkoloji Dispanserinin baş həkimi Kamil Əmirxan oğlu Mehdiyev vəfat edib. SİA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Baş həkim uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Bildirilib ki, Qarabağ müharibəsi əlili olan Kamil Mehdiyev 2000-ci ildən Sumqayıt Narkoloji Dispanserinə rəhbərlik edib.