Aİ Suriyaya qarşı sanksiyaları mərhələli şəkildə ləğv edəcək

27 Yanvar 2025 21:40 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Suriyaya qarşı sanksiyaları yumşaldacaq.

SİA xəbər verir ki, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib.

“Aİ xarici işlər nazirləri Suriyaya qarşı sanksiyaların mərhələli şəkildə yumşaldılması üçün yol xəritəsini razılaşdırıblar”, - deyə o, X sosial şəbəkə hesabında bildirib.