Rusiyaya qarşı sanksiyaların müddətini uzatdılar

27 Yanvar 2025 16:28 (UTC+04:00)

Avropa İttifaqına üzv 27 ölkənin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaların müddətinin daha yarım il uzadılması barədə razılığa gəlib. SİA xəbər verir ki, sözügedən sanksiyaların müddəti yanvarın 31-də başa çatırdı. Rusiyaya qarşı məhdudiyyətlər Ukraynadakı münaqişəyə görə tətbiq edilib.