Xəzərdə zəlzələ baş verib

26 Yanvar 2025 17:52 (UTC+04:00)

Xəzər dənizində zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, 3,5 bal gücündə olan zəlzələ yerli vaxtla saat 16:57-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 62 kilometr olub.