Gəmidən atıla bilən yeni ballistik raketləri sınaqdan keçirildi

26 Yanvar 2025 17:53 (UTC+04:00)

Şimali Koreya gəmidən atıla bilən yeni ballistik raketləri sınaqdan keçirib. Bu barədə rəsmi Koreya Mərkəzi Teleqraf Agentliyi - KCNA məlumat yayıb.

SİA-nın məlumatına görə, bildirilir ki, raketlər müəyyən edilmiş hədəfləri dəqiqliklə vurub.

Raket sınağında iştirak edən KXDR başçısı Kim Çen İn bildirib ki, ölkənin silahlı qüvvələrinin təsir radiusu genişlənib.