"Diplomatiya rəhbəri Kaja Kallas tərəfindən təmsil olunan Avropa İttifaqının Rusiya ilə bağlı gücünü ağıllı şəkildə qiymətləndirməyə başlamasının vaxtı çatıb". SİA xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin istefada olan polkovnik-leytenantı Daniel Davis özünün "YouTube" kanalında bildirib. O, Kallasın “Rusiya haqqında hər kəs realist olmalıdır” sözlərini belə şərh edib, çünki bu, Qərb üçün təhlükə yaradır. “O deyir ki, biz realist olmalıyıq. Burada dayanın, bunu etmək lazımdır, realist olmaq lazımdır. Burada dahi olmağa ehtiyac yoxdur", - Davis deyib.
Onun fikrincə, başa düşülməsi çətin olmayan bir sıra məqamlar var: "Bunlardan birincisi Ukraynada münaqişə sona çatmaq üzrədir. İkincisi, qüvvələr balansı dönməz şəkildə Rusiyanın tərəfindədir. Üçüncü nüansı isə maliyyə aspektidir. Avropa İttifaqının isə heç bir potensialı yoxdur".
Yanvarın 22-də Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib ki, Rusiya 2028-ci ildə siyasi birlik ölkələrinə hücum edə bilər. Bu baxımdan o, Avropa İttifaqının təkcə müharibənin qarşısını almaq üçün deyil, həm də ona hazırlaşmaq üçün pul xərcləməli olduğunu vurğulayıb.