Şimali Koreya strateji qanadlı raketi uğurla sınaqdan keçirdi

26 Yanvar 2025 06:39 (UTC+04:00)

Yanvarın 25-də Şimali Koreya sualtı buraxılış üçün nəzərdə tutulmuş strateji qanadlı raketi uğurla sınaqdan keçirib. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Atılan raketlər 1500 kilometr məsafəni təxminən 7500 saniyəyə qət edərək hədəflərini vurub. Beləliklə, uçuşun orta sürəti saatda 720 kilometr olub.

Yanvarın 6-da Şimali Koreya səs sürətini 12 dəfə üstələyən yeni hipersəs raketi buraxıb. Şimali Koreya lideri Kim Çen In bildirib ki, raket istənilən raketdən müdafiə (BMD) sistemini effektiv şəkildə üstələyə bilər. Onun sözlərinə görə, bu sistem istənilən sıx müdafiə səddini effektiv şəkildə keçərək düşmənə ciddi hərbi zərbə vura bilər.