Quterreş husilərin saxladığı yeddi BMT əməkdaşını buraxmağı tələb edir

25 Yanvar 2025 20:29 (UTC+04:00)

BMT Baş katibi Antonio Quterreş Yəməndə husilərin saxladığı yeddi təşkilat üzvünü buraxmağı tələb edib.

SİA xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Bu həftə Yəməndə husilər saxladığı 7 BMT əməkdaşının, eləcə də, daha əvvəl saxlanıların dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edirəm”, - o bildirib.

Baş katib qeyd edib ki, öz işlərini yerinə yetirən BMT əməkdaşları həbs olunmamalı və saxlanılmamalıdır.

Qeyd edək ki, Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husi üsyançıları yanvarın 24-də ölkədə BMT-nin bir neçə əməkdaşını saxlayıb.