Türkiyə XİN: ''Kolumbiyadakı hadisələri narahaqlıqla izləyirik''

25 Yanvar 2025 17:55 (UTC+04:00)

Türkiyə Kolumbiyada davam edən zorakılıqları narahatlıqla izlədiyini və mülki şəxslərə qarşı hücumları pislədiyini bildirib. Xarici İşlər Nazirliyi Kolumbiyada artan zorakılıq aktları ilə bağlı bəyanat yayıb.

SİA-nın məlumatına görə, bəyanatda belə deyilir: "Kolumbiyanın Katatumbo bölgəsində başlayan və ölkənin müxtəlif bölgələrinə yayılan olayları narahatlıqla izləyirik. Mülki insanlara qarşı hücumları pisləyirik."

Bəyanatda həmçinin Türkiyənin Amerika Dövlətləri Təşkilatı (OAS) və Birləşmiş Millətlər Təşkilatı (BMT) vasitəsilə Kolumbiyada sülh prosesini dəstəkləməyə davam edəcəyi vurğulanıb.