Avropa İttifaqının Ali nümayəndəsi Ermənistana səfər edəcək

24 Yanvar 2025 13:49 (UTC+04:00)

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Ermənistana səfər edəcək. SİA yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib.

Məlumata görə, səfər yaxın həftələrə planlaşdırılıb.