Bir trilyon tonluq aysberq pinqvin və suitiləri təhdid edə bilər

24 Yanvar 2025 13:00 (UTC+04:00)

...Təxminən bir trilyon ton ağırlığında olan dünyanın ən böyük aysberqi A23a Britaniyanın Cənubi Corciya adasına yaxınlaşaraq yerli ekosistem və dənizçilər üçün təhlükə yaradır. Nyu-Yorkdan təxminən üç dəfə böyük olan aysberq adaya dəydikdə parçalana bilər və pinqvinlərin və suitilərin qidaya çıxışını təhlükə altına qoya bilər.

Dənizçilər artıq ehtiyat tədbirləri görürlər: Cənubi Corciya hökumət gəmisinin kapitanı Saymon Uollesin sözlərinə görə, buz kütlələri ilə toqquşmanın qarşısını almaq üçün projektorlar bütün gecəni yandırılır.

SİA-nın məlumatına görə, aysberqin hekayəsi 1986-cı ildə Antarktidadakı Filçner buzlaqından qopduğu zaman başlayır. Uzun müddət A23a stasionar, yəni sahil yaxınlığında ilişib qalıb ki, bu da onun əriməsini yavaşladıb.

2023-cü ilin sonlarında buz nəhəngi sərbəst buraxıldı və Antarktidadan uzaqlaşmağa başladı, lakin sonra Cənubi Orkney adalarının şərqində yerləşən güclü fırlanan cərəyanlar sahəsi olan Taylor Sütununda ilişib qaldı.

“20min.ch” xəbər verir ki, aysberqin yaxınlaşması indi təkcə dağılma riskinə görə deyil, həm də Cənubi Georgi (Cənubi Atlantikada böyük (torpaq sahəsi - 3528 km², cəmi - 4100 km²) subantarktik ada ...ingilislərə məxsusdur-A.B.) bölgəsindəki okean ekosisteminə təsirinə görə narahatlıq doğurur.

Əli Babayev