Goranboy rayonunda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. SİA-nın məlumatına görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Qızılhacılı qəsəbəsindəki yaşayış evlərinin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbilər nəticəsində qohumuna məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 800 manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı Pərviz Rüstəmov saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.