Şüvəlanda ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı keçiriləcək

24 Yanvar 2025 11:52 (UTC+04:00)

Şüvəlanda ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı tkeçiriləcək. SİA xəbər verir ki, bu barədə Ağırlıqqaldırma Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarış yanvarın 25-26-da Şüvəlanda yerləşən ağırlıqqaldırma akademiyasında təşkil olunacaq.

Qeyd edək ki, çempionatın rəsmi açılış mərasimi sabah, saat 15:30-da baş tutacaq.