Bakıda bəzi yollarda işıqforların işləməməsinin səbəbi açıqlanıb

24 Yanvar 2025 10:41 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) "Gənclik" və "28 may" metrostansiyaları ətrafında bəzi yollarda işıqforların işləməməsinin səbəbinə aydınlıq gətirib. Qurumdan SİA-ya bildirilib ki, qeyd olunan yollarda işıqforların işləməməsinə səbəb qurğularda yaranan problem yox, əraziyə verilən elektrik enerjisinin kəsilməsi olub:

"Aidiyyəti dövlət qurumu tərəfindən qısa zamanda elektrik enerjisinin verilişi bərpa olunub və hazırda işıqforlar tam işlək vəziyyətdədir".