“Bugünkü oyun göstərdi ki, biz istənilən komandaya qarşı oynaya bilərik”. SİA xəbər verir ki, bunu "Neftçi" komandasının məşqçisi Daviti Çivçivadze "Sabah"la keçirilən oyunla (65:75) bağlı klubun mətbuat xidmətinə açıqlama verib.
Mütəxəssis bildirib ki, oyunçuları müdafiədə və hücumda çox yaxşı performans göstərdilər: “Ancaq bəzi səhvlərimiz oldu, bu da normaldı. Bizim şansımız var idi ki, oyunda qalib gələk, ancaq alınmadı. Çox çətin qarşılaşma oldu. Ümumiyyətlə, bu səhvlər oyunu idi və hansı komanda daha az səhv etsəydi, qalib gələcəkdi”.
Onun sözlərinə görə, məşqlərdə daha çox çalışmalı və öz oyunlarını daha təkmilləşdirməlidirlər: “Mən öz komandama apardığı mübarizəyə və göstərdiyi oyuna görə təşəkkürümü bildirir, “Sabah” komandasını isə qələbə münasibətilə təbrik edirəm!”