İkinci, Sabitlik və təhlükəsizliyin az qala 100 faizlik şkalada olduğunu qəbul etdiyimiz ölkədə insanların kütləvi silah sahibi olmasına nə ehtiyac var? İnsanların bu təhlükəsiz şəraitdə kimlərdənsə özünü müdafiəyə ehtiyacı olmadığı üçün əllərdəki silahların başqaları üçün təhlükə yaratmaq riski daha böyükdür.
Üçüncü, hamının ovçu olmasına nə ehtiyac var? Əgər təbiətdə heyvanat aləminin insan müdaxiləsi ilə azacıq tənzimlənməsinə ehtiyac varsa, rəsmi ovçuların məhdud sayda olmasını təmin etmək ən yaxşı variantdır. Bunun üçün 21 yaşlılara yox, 40 yaşdan yuxarı insanlara silah əldə etmək hüququnun verilməsi daha yaxşı olar.
Dördüncü, 21 yaşlı gənclərin ovçuluq etməkdən başqa əlindəki mülki silahla hər an, hətta ailədə cinayət törətmək təhlükəsi daha böyükdür, nəinki 40 yaşdan yuxarı az - çox oturuşmuş insanların...
Beşinci, Azərbaycanın özünün mülki silah istehsalı üçün bazar lazımdırsa, o bazarı başqa ölkələrdə axtarmağımız daha doğru olardı.
Altıncı, 21 yaşlılara silah hüququnun verilməsinin ölkədə silah biznesi ilə məşqul olanların bazarını qızışdırmaqdan başqa " faydası" yoxdur. Deputatların silah biznesinə lobbiçiliyi heç normal hal sayıla bilməz. 21 yaşlılara silah hüququ tanımağın guya çox vacib olması barədə hörmətli deputatlardan inandırıcı arqumentlər eşitsəm, çox şad olaram."
Mətləb