Naxçıvanda ötən il 8 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb

24 Yanvar 2025 02:03 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarında ötən il vətəndaş müraciətlərinə baxılması və qəbulu işinə daim nəzarət olunub, vətəndaş müraciətləri 2023-cü illə müqayisədə 17 faiz (132 müraciət) artaraq 884 müraciətə çatıb. Nazirlikdə və rayonlarda keçirilən qəbullarda ümumilikdə, 186 vətəndaşın şifahi müraciəti dinlənilib. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, 2024-cü ildə 8 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb, 12 qeyri-kommersiya hüquqi şəxs ləğv edilib, 57 ianə və 2 qrant müqaviləsi qeydə alınıb. Qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və sənədlərin leqallaşdırılması ilə bağlı ötən hesabat dövrü ilə müqayisədə 44 faiz azalmaqla 10 min 760 manat rüsum dövlət büdcəsinə ödənilib.