“Çox sevinirəm”. SİA xəbər verir ki, bunu Rumıniyanın FKSB klubunun baş məşqçisi Elias Xaralambous UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri VII tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis oyunçularımla fəxr edirəm: “Bilirdik ki, çətin olacaq. Sözün əsl mənasında biz əziyyət çəkdik. Futbolda bəzən bəxt amilidə əhəmiyyətlidir. Bizim bəxtimiz gətirdi. 3 qolla 3 xala nail olduq. Həddən artıq rəqib presinq edirdi. Son qolla bunu sığortaladıq”.
Qeyd edək ki, aktivində 3 xalı olan "Qarabağ" pley-offa yüksəlmək şansını itirib. Komandanın yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəyi matç formal xarakter daşıyacaq.
Banuçiçək Hüseynli