“Qarabağ” 3:2 hesabı ilə uduzdu...

23 Yanvar 2025 23:47 (UTC+04:00)

“Qarabağ” UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

SİA xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin VII turunda Rumıniyanın FKSB klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubunun heyətində birinci qolu 2-ci dəqiqədə Leandro Andrade vurub.

Qarşılaşmanın 41-ci dəqiqəsində rəqibin heyətində Coyskim Dava avtoqol müəllifi olub.

FKSB-nin qollarına Adrian Sut ( 2 qol) və David Mikulesku imza atıblar.

Matçı slovakiyalı hakim Filip Qlova idarə edib.

Aktivində 3 xalı olan "Qarabağ" pley-offa yüksəlmək şansını itirib. Komandanın yanvarın 31-də səfərdə Yunanıstan təmsilçisi "Olimpiakos"a qarşı keçirəcəyi matç formal xarakter daşıyacaq.