Avropa Liqası: “Qarabağ” - FKSB oyununda hesab bərabərləşib

23 Yanvar 2025 22:08 (UTC+04:00)

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Rumıniyanın FKSB komandaları arasında keçirilən VII tur oyununda ikinci qol vurulub.

SİA xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 7-ci dəqiqəsində rəqibin heyətində Adrian Sut fərqlənib.

Xatırladaq ki, qarşılaşmanın 2-ci dəqiqəsində Ağdam klubunun heyətində Leandro Andrade fərqlənmişdi.

Matçı slovakiyalı hakim Filip Qlova idarə edir.