Rusiya Ukraynanın Zaporojya şəhərini hədəfə alıb.
Pilotsuz uçuş aparatları (PUA) və raketlərlə həyata keçirilən hücumda enerji obyekti məhv edilib.
SİA-nın məlumatına görə, çox sayda binaya ziyan dəyib. 20 mindən çox insan işıqsız qalıb.
Hücum nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyi Rusiyanın Xarkov vilayətində kəndlərdən birinə nəzarətin ələ keçirildiyini açıqlayıb.
Açıqlamada Ukraynaya məxsus 114 PUA-nın vurulduğu bildirilib.
Ukrayna Rusiyanın Kursk vilayətində əməliyyatların davam etdiyini açıqlayıb.
Əsgər və silahların toplandığı ərazilər, komanda mərkəzləri və anbarların hədəfə alındığı bildirilib.
Quruda döyüşlərin davam etdiyi bir vaxtda NATO-nun Baş katibi Mark Rutte Ukraynaya dəstəyin artırılmasının vacibliyini təkrarlayıb.
Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən NATO-nun Baş katibi Rutte vurğulayıb ki, daimi sülh sazişi elə olmalıdır ki, Rusiya prezidenti Vladimir Putin gələcəkdə Ukraynanın bir kvadrat kilometrini belə, bir daha heç vaxt ala bilməyəcək.