Suriyanın müdafiə naziri Murhef Əbu Kasra terror təşkilatı PKK/YPG-nin fəaliyyətini dayandırmasının vacib olduğunu, əks halda hər ssenariyə hazır olduqlarını bildirib.
SİA-nın məlumatına görə, suriyalı nazir paytaxt Dəməşqdə verdiyi açıqlamada deyib:
"Milli ordunun təchizi ilə bağlı bir çox ölkələrlə danışıqlar aparacağıq. Türkiyə rəsmiləri ilə Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı mövcudluğunu müzakirə etməyə davam edirik. Türkiyə ilə əlaqələr əla olacaq”.
Suriyadakı müvəqqəti hökumətə bağlı təhlükəsizlik qüvvələri də Deyr əz-Zorda ağır silahların və hərbi marşların müşayiəti ilə parad keçirib.
Açıqlamada PKK/YPG terrorçularının Suriyanın şimal-şərqində qala bilməyəcəyi vurğulanıb.