Silifke qatığı Avropa İttifaqından coğrafi göstərici qeydiyyatı alıb

23 Yanvar 2025 19:43 (UTC+04:00)

Mersin vilayətinin Silifke rayonunda hazırlanan Silifke qatığı Avropa İttifaqından (Aİ) coğrafi göstərici qeydiyyatı alıb.

SİA-nın məlumatına görə, Türkiyə Otaqlar və Birjalar Birliyinin (TOBB) sədri Rifat Hisarcıklıoğlu sosial media hesabında mövzu ilə bağlı paylaşım edib.

Aİ-dən coğrafi göstərici qeydiyyatı alan 30-cu məhsulun Silifke qatığı olduğunu ifadə edən Hisarcıklıoğlu "Dünyada çox az coğrafiyaya nəsib olmuş bir məhsul müxtəlifliyimiz var. Yerli və coğrafi göstərici məhsullar üçün çox səy göstəririk. Aİ prosesi davam edən 70 coğrafi göstərici və 3 ənənəvi məhsul adı üzərində işlərimiz davam edir" deyib.