Tramp husiləri yenidən ''terror təşkilatları'' siyahısına daxil edib

23 Yanvar 2025 19:35 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Co Bayden administrasiyasının "xarici terror təşkilatları" siyahısından çıxardığı husiləri yenidən "terror təşkilatları" siyahısına daxil edib.

SİA-nın məlumatına görə, Donald Tramp 2021-ci ildə husiləri siyahıya daxil etdiyini, lakin Bayden administrasiyasının vəzifəyə gəldikdən bir neçə ay sonra husiləri siyahıdan çıxardığını qeyd edib.

İranın müxtəlif vasitələrlə bölgədə "terror fəaliyyətlərini" yaydığını və Yəməndəki husilərin də bu çərçivədə istifadə edildiyini bildirən Donald Tramp xüsusilə Qırmızı dənizdəki gəmilərə hücumları səbəbindən bu təşkilatın yenidən siyahıya əlavə edilməsinin vacib olduğunu bildirib. Donald Trampın sərəncamına əsasən, ABŞ Dövlət Departamenti 30 gün ərzində husiləri yenidən terror təşkilatları siyahısına rəsmən əlavə edəcək.