...Yanvarın 9-da Çasovı Yar yaxınlığında ruslar Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan sonra 100-ə yaxın əsgərinin öldürüldüyü kollektoru yandırıblar. Bu, əsgərlərinin cəsədlərini götürməmək və böyük itkiləri gizlətmək üçün edilib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə telemarafonun efirində “Luqansk” əməliyyat-taktiki qrupunun mətbuat katibi Dmitri Zaporojets bildirib.
Onun sözlərinə görə, yanvarın 4-dən 8-dək Müdafiə Qüvvələri Severski Donets kanalı ərazisində düşmənin aktivliyini qeydə alıb. Düşmən qalın duman və məhdud görünmə dövründən istifadə edərək kanal boruları ilə Çasovı Yar yaxınlığındakı Kalinovkadakı kollektora doğru hərəkət edib. Dörd gün ərzində 100-dən çox işğalçının öldürüldüyü qeydə alınıb.
...Düşmən kanalizasiyada sığınacaq qurub. Yanvarın 9-da düşmənin cəmləşməsinə hava zərbəsi endirilib. Çox güman ki, orada toplanmış şəxsi heyətin sayı - 100-dən çox hərbçi məhv edilib.
Bunu Zaporojets bildirib.
Yanvarın 21-də isə düşmən yəqin ki, itkiləri gizlətmək və təxliyə tədbirlərindən yayınmaq üçün yanğın təşkil edib.
Bunu da Zaporojets deyib.
Əli Babayev