Milli Komandaların Təlim-Məşq Mərkəzində “Araz-Naxçıvan”ın U-17 və U-19 komandalarına danışılmış oyunlarla bağlı seminar keçirilib. SİA xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli “Futbol ictimaiyyəti olaraq danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.