Sosial şəbəkələrdə tanınmışlara onların profillərində olan dostlarının adından müraciət edərək pul istəyən və bu yolla kibertalama əməllərinin törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib
Bildirilib ki, Bakı şəhəri ərazisində polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 40 yaşlı Eldəniz Mehrəliyev və 34 yaşlı Elnur Məmmədov saxlanılıblar.
Onların bu üsulla müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçirdikləri müəyyən edilib.