Qanunsuz silah satan və daşıyanlar məsuliyyətə cəlb olunacaq

23 Yanvar 2025 16:15 (UTC+04:00)

Azərbaycanda öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə məsuliyyət nəzərdə tutulacaq. SİA xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir.

Dəyişikliyə görə, bu şəxslər 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qeyd edək ki, qeyd olunan əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.