“YAŞAT” Fondunun dəstəyi ilə daha bir qazi əməliyyat olunub

23 Yanvar 2025 14:54 (UTC+04:00)

“YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi iştirakçısı Tariyel Didarov üzərində uğurlu cərrahiyyə əməliyyatı həyata keçirilib. Fondun mətbuat xidmətindən SİA-ya bildirilib ki, əməliyyatın uğurla tamamlanması qazimizin sağlamlıq vəziyyətinin yaxşılaşmasına töhfə verib.

Qeyd edək ki, Tariyel Didarov Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsi əməliyyatlarında fədakarlıqla iştirak edib. 2020-ci il oktyabrın 26-da ağır yaralanıb. İndiyədək onun üzərində üç dəfə cərrahiyyə əməliyyatı həyata keçirilib.

“YAŞAT” Fondu, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşən qəhrəmanlarımızın sağlamlıqlarının bərpası və həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir. Bu missiya qazilərimizin və şəhid ailələrinin hərtərəfli dəstəklənməsi ilə xalqımızın birliyini və həmrəyliyini daha da gücləndirir.