"Dünya İqtisadi Forumunun “Davos Zirvəsi” başlayır" - TÜRK POLİTOLOQ DANIŞDI

23 Yanvar 2025 14:33 (UTC+04:00)

"Dünya İqtisadi Forumunun “Davos Zirvəsi” başlayır. Bu il “Ağıl dövründə əməkdaşlıq” mövzusu altında təşkil edilən sammitə 130-dan çox ölkədən iş adamları, siyasətçilər, alimlər və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin daxil olduğu 3000 iştirakçının qatılacağı gözlənilir". Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Onun sözlərinə görə, bu forumda yeni texnologiyaların necə istifadə ediləcəyi və həyat keyfiyyətinin necə yüksəldiləcəyi, qlobal iqtisadiyyatdan necə faydalanılacağı, sosial və iqtisadi dayanıqlığın gücləndirilməsi yolları müzakirə ediləcək: "220 sessiyada müzakirə ediləcək sessiyalarda çıxış edənlər ABŞ-ın yeni siyasətləri, qlobal əməkdaşlığın tədricən zəifləməsi nəticəsində ortaya çıxan parçalanma, ticarət siyasəti, süni intellekt və rəqəmsallaşma, təmiz enerji transformasiyası, iqlim dəyişikliyi ilə mübarizə mövzularını müzakirə edəcək".

Hakan Aktürk sözlərinə belə davam edib: “Bu forum xüsusilə Türkiyə və Azərvaycana böyük təkan verəcək. Bu görüşdə Bakı-Ceyhan əsas ixrac boru xətti ilə sürətlə inkişaf edən Azərbaycan əhalisinin əhəmiyyəti vurğulanacaq. Həmçinin, ölkələr arasında yeni razılaşmalar əldə etmək üçün də fürsət yaranacaq".

Ayşən Vəli