Türkiyədən Suriyaya təyyarə səfərləri başlayıb

23 Yanvar 2025 13:41 (UTC+04:00)

Türk Hava Yolları (THY) ölkədəki daxili qarışıqlıq səbəbilə 2012-ci il aprelin 1-də dayandırdığı Suriya səfərlərini bu gün icra edilən İstanbul-Dəməşq reysi ilə yenidən başladıb. SİA xəbər verir ki, 13 illik fasilədən sonra THY-nin Suriyanın paytaxtı Dəməşqə ilk uçuşu İstanbul hava limanından “TK 846” sayılı reyslə həyata keçirilib. Səfərdən ümumilikdə 349 sərnişin istifadə edib. Bu reyslə çox sayda suriyalı, illər sonra tərk etmək məcburiyyətində qaldıqları ölkələrinə dönüblər.