Son bir həftədə 69 terrorçu zərərsizləşdirilib

23 Yanvar 2025 13:13 (UTC+04:00)

Türkiyə Milli Müdafiə Nazirliyi son bir həftədə 69 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 1-dən İraqın şimalında 64, Suriyanın şimalında isə 157 olmaqla ümumilikdə 221 terrorçu zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb: "İlk olaraq Kartalkaya/Boluda baş verən yanğında həyatını itirən vətəndaşlarımıza bir daha Allahdan rəhmət, yaralananlara şəfa, soylu türk millətinə başsağlığı diləyirik. Yanvarın 1-dən İraqın şimalında 64, Suriyanın şimalında 157 olmaqla 221 terrorçu zərərsizləşdirilib. Türk Silahlı Qüvvələrimizin terrorla mübarizəsi bir nəfər də olsun terrorçu qalmayana qədər əzm və qətiyyətlə davam edəcək".