Azərbaycan atleti Yekaterina Sarıyeva Almaniyada keçiriləcək XXVI beynəlxalq qış yarışında iştirak edəcək. SİA xəbər verir ki, bu barədə Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yanvarın 25-də Xemnitz şəhərində gerçəkləşəcək yarışda idmançı Azərbaycanı üçtəkanla tullanma növü üzrə təmsil edəcək.
Qeyd edək ki, Dünya Atletikasının təşkil etdiyi turnir "challenger" səviyyəlidir.