Yanvarın 22-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 95 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər saxlanılıb.