Nazirin vətəndaş qəbulunun vaxtı dəyişdirilib

23 Yanvar 2025 11:02 (UTC+04:00)

Elm və təhsil naziri Emin Əmrullayevin yanvarın 24-də Zərdab şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. SİA xəbər verir ki, vətəndaş qəbulu yanvarın 30-da keçiriləcək.

Qəbulda Zərdab, Ucar, Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir sakinlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.