Lənkəranda fabrikin həyətindən silah-sursat tapılıb - FOTO

23 Yanvar 2025 10:31 (UTC+04:00)

Lənkəran şəhəri ərazisində yerləşən və hazırda istifadəsiz olan keçmiş mebel fabrikinin həyətində silah-sursat tapılıb. SİA xəbər verir ki, polis əməkdaşları tərəfindən əraziyə baxış zamanı oradan 2 ədəd "AKM-74" markalı avtomat, patron darağı və 30 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, keçirilən əməliyyat və profilaktiki tədbirlər nəticəsində Lənkəran ərazisində müvafiq sənədləri olmayan qanunsuz saxlanılan 24 ədəd ov tüfəngi aşkarlanıb.