Naxçıvan Sukanalizasiya İdarəsinin rəisi vəzifəsindən azad olunub

23 Yanvar 2025 10:05 (UTC+04:00)

Naxçıvan Su kanalizasiya İdarəsinin rəisi vəzifəsindən azad olunub. SİA xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Mustafayev Mustafa Vəli oğlu tutduğu vəzifədən azad edilib.

Artıq idarəyə yeni rəis də təyin edilib. Samir Vəli Baxşəliyev Naxçıvan Sukanalizasiya İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.