"Azərişıq"ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb

23 Yanvar 2025 09:22 (UTC+04:00)

"Azərişıq"ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb. SİA xəbər verir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.

"Azərişıq" ASC-də montyor işləyən Şakir Yunusov rayon ərazisində tranformatorda iş görən zaman elektrik cərəyanı vurub. Nəticədə Ş. Yunusov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.