Filippində 5,7 bal gücündə zəlzələ baş verib

23 Yanvar 2025 07:23 (UTC+04:00)

Filippində 5,7 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 3,5 min nəfər əhalisi olan Liloan şəhərindən 7 km cənub-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.