“Arsenal”ın lideri əməliyyat olundu - FOTO

23 Yanvar 2025 03:15 (UTC+04:00)

“Arsenal”ın 27 yaşlı braziliyalı hücumçusu Qabriel Jezus zədələndikdən sonra uğurla əməliyyat olunub. SİA xəbər verir ki, futbolçu sosial şəbəkədə xəstəxananın dəhlizlərində qoltuqağacı ilə gəzərkən çəkilmiş fotosunu yayımlayıb. Xatırladaq ki, İngiltərə Kubokunun “Mançester Yunayted”lə oyununda (1:1, penaltilər: 3:5) Qabrielin çarpaz bağları qopmuşdu. Qabriel Jesus 2022-ci ildə “Arsenal”a keçib. O vaxtdan braziliyalı Mikel Artetanın komandasında əsas oyunçuya çevrilib. Bu mövsüm Xesus Premyer Liqada 17 oyun keçirib və 3 qol vurub.