"Mançester Siti"nin müdafiəçisi "Milan"la anlaşdı

22 Yanvar 2025 21:26 (UTC+04:00)

"Mançester Siti"nin müdafiəçisi Kayl Uoker icarə əsasında İtaliya "Milan"ına keçəcək. Müqavilədə istəyə bağlı satınalma variantı da olacaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə X sosial şəbəkəsində insayder Fabrisio Romano məlumat verib.

Bildirilir ki, Uoker "Milan"la 2027-ci ilin iyun ayına qədər davam edəcək müqavilənin şərtlərini razılaşdırıb.

Qeyd edək ki, İngiltərə çempionatının cari mövsümündə 34 yaşlı Kayl Uoker 15 oyun keçirib. O, həmçinin Çempionlar Liqasında iki, İngiltərə Liqa Kubokunda bir oyun keçirib.