“Qalatasaray” futbolçusunu ABŞ klubuna icarəyə verib

22 Yanvar 2025 20:18 (UTC+04:00)

Türkiyənin “Qalatasaray” komandası futbolçusu Vilfrid Zahanı ABŞ-ın “Şarlott” klubuna icarəyə verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Kot-d'İvuardan olan hücumameyilli yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

MLS təmsilçisi 32 yaşlı vinger üçün “Qalatasaray”a 2,8 milyon ABŞ dolları ödəyəcək.

Qeyd edək ki, Vilfrid Zaha cari mövsümün ilk yarısını icarə əsasında Fransanın “Lion” komandasında keçirib.