Ticarət naziri Ömər Bolat bildirib ki, Türkiyə dünya mebel ixracatında 7-ci yerdədir.
Mebel Dərnəkləri Federasiyası (MOSFED) tərəfindən Tüyap Konqres və Sərgi Mərkəzində və İstanbul Sərgi Mərkəzində eyni vaxtda təşkil edilən “IIFF (İstanbul Beynəlxalq Mebel Sərgisi) Beynəlxalq İstanbul Mebel Sərgisi” başlayıb.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, İstanbul Sərgi Mərkəzində keçirilən açılış mərasimində çıxış edən nazir Bolat Türkiyə mebel sektorunun ixraca açıldıqdan sonra dünya miqyasında şöhrət qazandığını bildirərək deyib:
"Türkiyənin ümumi ixracatının 2 faizini təşkil edən mebel sektoru dünya mebel ixracının da 2 faizini təşkil edərək, dünyada 7-ci yerə yüksəldi. Birlikdə bu sahədə yeni addımlar atmağa davam edəcəyik".