Rus casus gəmisi altı ayda ikinci dəfə Britaniya sularına daxil olub

22 Yanvar 2025 19:34 (UTC+04:00)

Böyük Britaniyanın müdafiə naziri Con Xili bildirib ki, Rusiya casus gəmisi “Yantar” yenidən Britaniya sularında görünüb.

SİA-nın məlumatına görə, PAMedia xəbər verir ki, Xili bunu İcmalar Palatasında çıxışı zamanı deyib.

Britaniyalı nazirin sözlərinə görə, Rusiyanın “Yantar” gəmisi hazırda Şimal dənizindədir, lakin əvvəllər Britaniya sularından keçib.

Bu zaman nazirin göstərişi ilə rusları Kral Donanmasının HMS Somerset və HMS Tyne gəmiləri müşayiət edib.

...Gəmi noyabr ayında da yaxından izlənildi və Böyük Britaniyanın kritik sualtı infrastrukturu üzərində gəzdiyi aşkar edildi.

Bunu ingilis nazir deyib.

O vurğulayıb ki, Rusiya “Yantar”dan “kəşfiyyat məlumatları toplamaq və Böyük Britaniyanın kritik sualtı infrastrukturunun xəritəsini çəkmək” üçün istifadə edir.

...Biz sizi görürük, nə etdiyinizi bilirik və bu ölkəni qorumaq üçün qətiyyətli addımlar atmaqdan çəkinməyəcəyik.

Bunu da Britaniya Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb. ...Qeyd edilir ki, “Yantar” rəsmi olaraq sualtı xilasetmə imkanlarına malik köməkçi ümumi okeanoqrafik tədqiqat gəmisi kimi təsnif edilir. O, Rusiya Müdafiə Nazirliyinə tabedir və Hərbi Dəniz Qüvvələrinə daxil deyil. Açıq mənbəli kəşfiyyat analitiklərinin fikrincə, o, dərin dəniz maşınlarından istifadə edə bilir və dəfələrlə dəniz dibi infrastrukturunun yaxınlığında fəaliyyət göstərib.

Əli Babayev