“Sabah” yarımmüdafiəçi Elvin Camalovla vidalaşıb

22 Yanvar 2025 16:56 (UTC+04:00)

“Sabah” yarımmüdafiəçi Elvin Camalovla yollarını ayırıb. SİA xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Futbolçu komandadan ayrılmaqla bağlı müraciət edib. Klub rəhbərliyi tərəfindən bu istək müsbət cavablandırıb və yolların ayrılmasına şərait yaradılıb.

Elvin bu gün “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və klubun digər əməkdaşları ilə görüşərək, onlarla sağollaşıb.

Qeyd edək ki, Camalov 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışırdı. Uzun müddət komandamızda kapitanlıq sarğısını daşıyan Elvin “Sabah”ın heyətində ümumilikdə 113 oyun keçirib.