Unlu qənnadı məmulatlarının emalı və satışı müəssisəsində yoxlama - FOTO

22 Yanvar 2025 16:51 (UTC+04:00)

Bakı şəhəri, Qaradağ rayonu, 28 May küçəsi, ev 23 ünvanında fiziki şəxs Abdurrahman Tatarcıoğluna məxsus “Qardaşlar” unlu qənnadı məmulatlarının emalı və satışı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı texniki normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən SİA-ya verilən məlumata görə, müəssisədə xammalların qəbulu və saxlanılması sahələrində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida məhsullarının döşəmədən ara məsafə gözlənilmədən saxlanıldığı, işçi heyətin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi müəyyən edilib.

Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehsal dayandırılıb.