Sumqayıt şəhərində ekologiyaya kimlər ziyan vurur? - QURUMDAN AÇIQLAMA/FOTOLAR

22 Yanvar 2025 15:59 (UTC+04:00)

Son günlər Sumqayıt şəhəri 9 m/k ərazisi Şərq MTK-nın binası ilə üzbəüz həyətdə məskunlaşan sakin tərəfindən hər gün orada olan zirzibil yandırılır ki, bu da haqlı olaraq həm orda yaşayan sakinləri narahat edir, həm də ekologiyanı korlayır. Bəs gəlin görək aidiyyatı qurumlar məsələyə niyə biganə yanaşır?

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə sorğu ünvanladıq. Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev açıqlamasında bildirib: "Qeyd olunan ərazidə tullantının yandırılması ərazidə olan yarımçıq tikilidə məskunlaşmış şəxs tərəfindən törədilib. Aidiyyatı qurumlar tərəfindən vətəndaşa xəbərdarlıq olunub və ərazi nəzarətə götürülüb".