"Azərbaycan Kredit Bürosu" elektron pul təşkilatları ilə əməkdaşlığa başlayıb

22 Yanvar 2025 16:11 (UTC+04:00)

"Azərbaycan Kredit Bürosu" MMC (AKB) "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən Mərkəzi Bankdan lisenziya almış “GoldenPay” ASC ilə əməkdaşlığa başlayıb. SİA bu barədə Büroya istinadən xəbər verir.

Məlumata görə, bu, AKB-nin elektron pul təşkilatları arasında ilk tərəfdaşıdır. Bununla da, Büronun tərəfdaşlarının sayı 251-ə çatıb.

Digər tərəfdaşlar 46 bank (24-ü ləğv prosesindədir), 64 bank olmayan kredit təşkilatı (BOKT, 9-u ləğv prosesindədir), 38 kredit ittifaqı (4-ü ləğv prosesindədir), 22 sığorta şirkəti (6-si ləğv prosesindədir), 18 lizinq şirkəti, 5 faktorinq şirkəti, 1 kollektor agentliyi, 44 hissəli satış şirkəti (mağaza), 3 mobil operator, 3 kommunal xidmət müəssisəsi və 6 dövlət qurumudur.

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun təsisçiləri hər biri 12,5% payla 8 bank - “Azərbaycan Beynəlxalq Bankı", “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan" ASC-lərdir.