"Bu Fransanın günahıdır" - Futbolçu ETİRAZ ETDİ

22 Yanvar 2025 15:56 (UTC+04:00)

"Bu həmin ölkənin günahıdır". Bunu SİA-ya Azərbaycan millisinin sabiq futbolçusu Nizami Sadıqov deyib.

O, Fransanda keçirilən Paris-2024 Yay Olimpiya Oyunlarında verilən medalların keyfiyyətsiz olmasına və bununla bağlı bir sıra idmançıların etiraz etməsinə münasibət bildirib.

Sadqıov vurğulayıb ki, Olimpiya Oyunları kimi mötəbər idman yarışında belə bir şeyin baş verməsi yolverilməz haldır: "Çünki hər bir idmançı böyük əziyyət nəticəsində o medalları əldə edir. Təbii ki, zəhmətinin qarşılığı olan bu medalı geri qaytarmaq istəməz. İdmançılar haqlı olaraq medallarını yeniləmək istəyir. Bu medallar ömürlük xatirədir. Bu ümumilikdə yaxşı hal deyil. Fransanın birbaşa məsuliyyətsizliyi ucbatımdan belə bir ahlı yaşanıb. Medalın nə dərəcədə keyfiyyətli olması ona verilən önəmin göstəricisidir. Bu baxımdan çox təəssüflər olsun ki, belə şey baş verib. Ümid edirik ki, öz səhvlərini düzəltməyə çalışarlar".

Banuçiçək Hüseynli